Türkiyə

Türkiyə Rusiyaya sanksiyalara niyə qoşulmur?

21 Aprel 2022 17:18
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyaya qarşı sanksiyalara nə üçün qoşulmadığımızı anlayırlar. Burada iki tərəflə də (Rusiya və Ukrayna) təmaslarımızı davam etdirməyimiz olduqca önəmlidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk"ə müsahibəsində deyib.

"Hər iki tərəfin güvəndiyi ölkə mövqeyindəyik. Türkiyəyə ehtiyac var. Bu məsələ ilə bağlı Yunanıstan və Kipr Respublikası sanksiyalara qoşulmağımız üçün Avropa Birliyində (AB) təzyiq mexanizmi yaratmağa çalışır. Lakin Qərb ölkələri bizim qərarları anlayır", - deyə XİN rəhbəri bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.