Bursada tıxacda ilişib qalan iki sürücü arasında qızışan mübahisə az sonra davaya çevrilib.
Milli.Az türk mediasına istinadən xəbər verir ki, mübahisə zamanı sürücülərdən biri digərinə kəllə ataraq xəsarət yetirib. Həmin anlar da kameralara düşüb.
Dava ətrafdakıların müdaxiləsi ilə başa çatıb və yaralı sürücü hadisə yerinə çağırılan təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Anar Əli
Milli.Az