Ölkə

Bu il ali məktəbə qəbul olunmuş neçə nəfərin tələbə krediti müqaviləsi rəsmiləşdirilib? - AÇIQLAMA

29 Sentyabr 2025 14:17
Baxış: 242
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu il ali təhsil müəssisəinə qəbul olmuş 5623 tələbə krediti üçün müraciət edib. Onlardan 5000-dən çox tələbə ilə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, 2025/2026-cı tədris ilinin payız semestri üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə qəbul olunmuş tələbələr təhsil tələbə krediti üçün müraciətlərini Təhsil Tələbə Krediti Fonduna məxsus elektron portal (e-ttkf.edu.az) vasitəsilə uğurla həyata keçiriblər.

"Hər iki təhsil səviyyəsi üzrə müraciət prosesi portal.edu.az platforması üzərindən təhsil qeydiyyatı aparıldığı müddətdə, paralel olaraq Fondun elektron portalı üzərindən də başlamışdır. Sözügedən dövr ərzində sistemə ümumilikdə 5623 müraciət daxil olub ki, onlardan 5000-dən çox tələbə ilə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Fondun elektron portalı 24 iyul tarixindən etibarən təhsil tələbə kreditinə müraciət üçün açıq elan olunub. Həmin tarixdən başlayaraq, yalnız magistratura səviyyəsinə yeni qəbul olunmuş bakalavrlar deyil, eyni zamanda ali təhsil müəssisələrinin yuxarı kurs bakalavriat və magistratura tələbələri, həmçinin orta ixtisas təhsil pilləsi və peşə təhsili pillələrinin texniki və yüksək texniki peşə təhsili səviyyələrində təhsil alan tələbələr də kredit üçün müraciət edə bilirlər.

Qeyd edək ki, 2025/2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditinə müraciət dövrü cari semestrin sonunadək davam edəcəkdir",- deyə Fonddan qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.