Dünya

İranın sülh razılaşması üçün yenilənmiş planı ABŞ-yə təqdim edildi

9 Aprel 2026 13:44
Baxış: 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məsud Pezeşkian atəşkəs rejiminin pozulmasını, eləcə də Lavan və Siri adalarına edilən hücumları sərt şəkildə qınadığını açıqlayıb.

Milli.Az xəbər verir ki, o, bu barədə "Telegram" hesabında paylaşım edib.

O vurğulayıb ki, İran istənilən hücuma adekvat cavab vermək iqtidarındadır. Eyni zamanda qeyd edib ki, Yaxın Şərqdə atəşkəsin qorunması regionda müharibənin dayandırılması ilə bağlı danışıqlar üçün əsas yarada bilər.

Digər tərəfdən, Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, İran yenilənmiş sülh planını ABŞ tərəfinə təqdim edib. Onun sözlərinə görə, Vaşinqton Tehranla yalnız Hörmüz boğazının açıq qalması şərti ilə danışıqlara razıdır.

Ağ Ev rəsmisi danışıqlarda iştirak edəcək nümayəndə heyəti barədə də məlumat verib. Belə ki, ABŞ vitse-prezidenti Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və iş adamı Cared Kuşner İslamabadda İran nümayəndələri ilə görüşmək üçün səfər edəcəklər.

Qeyd olunub ki, danışıqların ilk mərhələsi şənbə günü yerli vaxtla səhər saatlarında baş tutacaq.

Asya
Milli.Az 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.