Rusiya miqrant siyasətini sərtləşdirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Dövlət Dumasının Şurası 13 aprel tarixində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir sıra hüquq pozuntularına görə ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlayacaq.
Milli.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin məlumat verib.
Onun sözlərinə görə, qanun layihəsi ictimai təhlükəsizliyin artırılması və xarici vətəndaşların davranışına nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Layihədə miqrantların deportasiya olunmasına səbəb olan inzibati hüquq pozuntularının siyahısının demək olar ki, iki dəfə artırılması təklif olunur - İnzibati Xətalar Məcəlləsinin 22 maddəsindən 43 maddəsinə qədər.
Qanun layihəsi 2026-cı ilin mart ayında Rusiya hökuməti tərəfindən təqdim edilib və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur. Sənədə əsasən, bir sıra maddələrə əcnəbilər tərəfindən törədilən pozuntulara görə cərimə və ölkədən inzibati qaydada çıxarılma ilə bağlı ayrıca müddəalar əlavə olunacaq.
Belə ki, icazəsiz mitinqlərdə iştirak, Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması, ölkəyə və vətəndaşlarına qarşı sanksiyalara çağırışlar, həmçinin ölkənin ərazi bütövlüyünü pozmağa yönəlmiş açıq çağırışlar deportasiya üçün əsas olacaq.
Bundan əlavə, bəzi hüquq pozuntularına görə cərimələrin artırılması da təklif olunur. Xüsusilə, sərhədi keçmə qaydalarının pozulması, ölkəyə giriş və qalma rejiminin pozulması, əcnəbilərin qanunsuz işləməsi və onların qeyri-qanuni işə götürülməsi hallarında cəzalar sərtləşdiriləcək.
Volodin vurğulayıb ki, ölkəyə gələn şəxslər Rusiya qanunlarına riayət etməlidir. O əlavə edib ki, 2024-cü ildən etibarən Dövlət Duması miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş 22 federal qanun qəbul edib, onlardan 18-i deputatlar tərəfindən irəli sürülüb.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Rusiyalı qadın azərbaycanlı qızı kilsənin önündə şəkil çəkdirdiyi üçün qınadı - (Video)
-
Rusiyada güclü zəlzələ oldu
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
XƏBƏR LENTİ
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovaya ağır itki
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Ayın 8-də Azərbaycanda intensiv yağış yağacaq





