Hadisə

Şeyxin işdən çıxarılan oğlunun yerinə bu şəxs təyin EDİLDİ - FOTO

9 Aprel 2026 13:31
Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Vəzifəsindən azad edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin yerinə Kamil Bektaşi gətirilib.

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Kamil Bektaşi sədrin müşaviri təyin edilib. K.Bektaşi bundan əvvəl "AzInTelecom" MMC-də departament direktoru vəzifəsində çalışıb. 

Qeyd edək ki, Məhəmməd Paşazadə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin müşaviri vəzifəsindən azad edildikdən sonra qurumda bu vəzifəyə təyin olunan yeganə şəxs Kamil Bektaşidir. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.