Keks bişdikdən sonra necə soyudulur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keksi bişən kimi dərhal sobadan çıxarmaq əvəzinə bir neçə dəqiqə öz qabında gözlətmək çatlamasının qarşısını alır və qəlibdən daha rahat çıxmasını təmin edir. Daha sonra kek soyutma telinin üzərinə alınmalı, beləliklə alt və üst hissəsi bərabər şəkildə hava alaraq nəm balansını qorumalıdır. Qəlibdən və ya yağlı kağızdan ehtiyatla çıxararaq qırılmasının qarşısını almaq vacibdir. Son olaraq keks otaq temperaturunda dincəlməli, daxili quruluşu oturmalı və dilimləməyə hazır hala gəlməlidir.
Milli.Az xəbər verir ki, keksi sobadan çıxaran kimi dərhal qabından çıxarmayın; 5-10 dəqiqə qabında gözlədin. Bu müddət kekin ani temperatur dəyişikliyi səbəbindən çatlamasına mane olur. Həmçinin bu qısa müddət keksin öz buxarı ilə nəmini balanslaşdırmasına kömək edir. Qəlibdən çıxarmazdan əvvəl spatula və ya bıçaqla kənarlarını boşaldın ki, keks rahatlıqla ayrılsın.
Keksi soyutma telinin üzərinə qoymaq alt hissəsinin nəm və ya çiy qalmasının qarşısını alır. Telin köməyi ilə keksin hər tərəfi bərabər soyuyur. Keksin tam soyuması ölçüsündən asılı olaraq 30-60 dəqiqə çəkə bilər. Soyuma zamanı keksin üzərini örtmək tövsiyə edilmir, çünki bu, buxarın içəridə qalmasına və keksin üst hissəsinin yapışqan olmasına səbəb ola bilər.
Əgər keks yağlı kağızla bişibsə, kağızı diqqətlə çəkin. Bu mərhələdə keksin qırılmaması üçün çox zərif davranmaq lazımdır. Keks hələ isti ikən onu daşımaqdan qaçının, çünki isti keks çox tez dağılır. Tam soyuduqdan sonra dilimləmək həm daha asandır, həm də vizual olaraq daha estetik nəticə verir.
Keks soyutma telində tam soyuduqdan sonra otaq temperaturunda bir neçə dəqiqə daha dincəldilməlidir. Bu proses keksin daxili nəmini tarazlayır və kəsildikdə ovulmasının qarşısını alır. Əgər üzərinə krem şanti və ya şokolad çəkməyi planlaşdırırsınızsa, keksin tam soyuması mütləqdir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
XƏBƏR LENTİ
-
Mourinyo qızının bu fotolarını silməsini tələb etdi - Müzakirə yaradan görüntülər... - (Fotolar)
-
Ermənistan prezidentinin səhhəti pisləşdi
-
Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir
-
Bakıda azyaşlı faciəvi şəkildə öldü
-
Sabah yeni ombudsman seçiləcək
-
Acun keçmiş arvadı ilə bir arada - (Fotolar)
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Yenilənib/Foto)
-
Şəmkirdə maşın dərəyə aşdı
-
ABŞ-yə qaçan Bolsonaro özünü ölkənin lideri elan etdi
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
“Tramp boğazı” - ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
-
Si Cinpinin növbəti hədəfi kimdir? - Çində hakimiyyət böhranı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)





