Türkiyə

Türkiyədə ağır QƏZA: 3 ölü, 16 yaralı

28 Sentyabr 2025 09:57
Baxış: 267
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus yük maşınının arxasına çırpılıb.

Məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, daha 16 sərnişin yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və xilasedicilər cəlb olunub. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır. /report.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.