Texnologiya

“Instagram” və “Facebook”da ödənişli dönəm başladı - Abunə haqqı nə qədərdir?

28 Sentyabr 2025 08:08
Baxış: 249
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial media nəhəngi Meta "Facebook" və "Instagram" platformalarında reklamsız abunəliyə başlayır.

Milli.Az xəbər verir ki, önümüzdəki həftələrdə İngiltərədə satışa çıxarılacaq bu yeni modellə istifadəçilər reklamsız təcrübə üçün ödəniş edə biləcəklər.

İstifadəçilər reklamsız istifadə üçün ödəniş etməyi və ya pulsuz davam edərək reklamlarla qarşılaşmağı seçə bilərlər.

Önümüzdəki həftələrdə tətbiq olunacaq sistem iOS və Android istifadəçiləri üçün ayda 3,99 funt (təxminən 9.09 AZN), internet abunəçiləri isə ayda 2,99 funt (təxminən 6.81 AZN) ödəyəcəklər.

Abunəlik almayan istifadəçilər proqramlardan pulsuz istifadə etməyə və reklamlarla qarşılaşmağa davam edəcəklər.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.