Türkiyə

ABŞ: Türkiyəyə minnətdarıq, o icazə vermədi...

6 Aprel 2022 10:12
0 Şərh     Baxış: 1 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya liderlərinə yaxınlığı, əlaqələri bu sülh danışıqlarının Türkiyədə keçirilməsinə səbəb oldu.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə səfərdə olan ABŞ Dövlət katibinin siyasi işlər üzrə müşaviri Viktoriya Nuland deyib.

"Bu, müharibənin bitməsi üçün sağlam mühit yaradır. Eyni zamanda, Montrö razılaşmasının icrası üçün də Türkiyəyə minnətdarıq. Türkiyənin Qara dənizdə gücü, coğrafi mövqeyi olduqca önəmlidir. Çünki Qara dəniz bu müharibədə keçid marşrutu ola bilərdi, lakin Türkiyə buna icazə vermədi", - deyə Nuland bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.