Türkiyə

Azərbaycanlı İstanbulda uşaqların gözü qarşısında güllələndi - FOTO

12 Yanvar 2022 13:18
0 Şərh     Baxış: 1 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda küçədə oynayan uşaqların gözü qarşısında azərbaycanlı şəxs güllələnib. 

Milli.Az qaynarinfo-ya istinadən istinadən xəbər verir ki, hadisə ötən gün Türkiyə vaxtı ilə saat 15:45 radələrində Esenyurt Battalgazi Məhəlləsində baş verib. 

Əldə edilən məlumata görə, milliyyətcə azərbaycanlı olan şəxs küçədə gedərkən Türkiyə dövlət nömrə nişanlı "Xoşbəxtik" yazısı olan avtomobil ona yaxınlaşıb.

Nəqliyyat vasitəsinin içərisində olan şəxs uşaqların küçədə oynamasına baxmayaraq, əlindəki silahla gedən şəxsə atəş açmağa başlayıb. 

Yaralının ölmədiyini görən cinayətkarlar yenidən atəş açıblar. 

Cinayətkarın silahının açılmadığını görən yaralı hadisə yerindən uzaqlaşmağa çalışıb. 
Həmin şəxsə hücum edənlər hadisə yerindən qaçmağı bacarıb.

Əraziyə polis və tibb işçiləri cəlb edilib. Yaralı xəstəxanaya yerləşdirilib. Polis cinayətkarın axtarışlarına başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.