Türkiyə

Türkiyə Aralıqda risklə üz-üzədir - Maslikov

21 Dekabr 2021 20:12
0 Şərh     Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Şərqi Aralıq dənizində qazma işləri də risk altında ola bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vadim Maslikov deyib.

"Yunanıstan indi Türkiyə ilə münaqişəsində faktiki olaraq ABŞ-ın dəstəyini alıb. Bu şərtlər daxilində çoxşaxəli Türkiyə-Rusiya əlaqələrinin güclənməsi gözlənilir. Üstəlik, Türkiyə ərazisində xeyli sayda rusdilli əhali yaşayır, çox sayda rus kurortlarda istirahət edir. Rusiya "Almaz-Antey" şirkəti ilə əməkdaşlıq edərək, Türkiyəni müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz edir ki, bu da ona milli suverenliyinə təhlükə yarandıqda regional məsələlərdə mövqeyini müdafiə etmək imkanı verir", - Maslikov söyləyib.

Qeyd edək ki, Egey və Aralıq dənizində ABŞ-Yunanıstan birgə dəniz patrullarının fəaliyyətə başlayacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.