İdman

“Qarabağ”a vurulan qol həftənin ən yaxşısı seçilib

26 Noyabr 2021 17:24
0 Şərh     Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konfrans Liqasında həftənin qolu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, V turun ən yaxşısı UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə ilə bəlli olub.

Ən yaxşı qolun müəllifi adına Jordi Qomes layiq görülüb. Kiprin "Omoniya" klubunun futbolçusu Bakıda "Qarabağ"ın qapısına yol tapıb. O, görüşün 90-cı dəqiqəsində 56 metrdən qapını dəqiq nişan alıb. Şahruddin Məhəmmədəliyevin qapısını tərk etdiyi görən Jordi bu qolla komandasına bir xal qazandırıb.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" matçında məhsuldar heç-heçə qeydə alınıb - 2:2.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.