İdman

"Mançester Siti" derbidə "Mançester Yunayted"ə qalib gəldi

6 Noyabr 2021 18:52
0 Şərh     Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasının XI turunun mərkəzi oyununda Mançester derbisi baş tutub.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, "Mançester Yunayted" öz meydanında "Mançester Siti"ni qəbul edib.

"Old Trafford"dakı qarşılaşma erkən avtoqolla başlayıb. Erik Bayi 7-ci dəqiqədə meydan sahiblərini məyus edib. İlk yarının son dəqiqələrində Bernardu Silva qonaqların üstünlüyünü iki topa çatdırıb.

Bu qələbədə sonra xal hesabını 23-ə yüksəldən Pep Qvardiolanın yetirmələri 2-ci pillədə qərarlaşıb. "Şəhərlilər" "Çelsi"dən bir oyun çox keçirib və 2 xal geri qalır. 5-ci olan Ole-Qunnar Sulşerin komandası isə həmşəhərlilərindən 6 xal az toplayıb.

Qeyd edək ki, "Mançester Yunayted" ardıcıl 14-cü ev oyununda qol buraxıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.