İdman

Mahirli “Legiya” yenə məğlub oldu

31 Oktyabr 2021 23:55
Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Polşa çempionatında 13-cü turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda "Poqon"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl beşinci məğlubiyyətidir.
 
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu 61-ci dəqiqədə əvəzlənib.
 
13 turdan sonra 9 xalı olan "Legiya" 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.