İdman

“Qalatasaray”da maaş limiti qoyuldu

30 Oktyabr 2021 18:48
0 Şərh     Baxış: 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" maaş limitini müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Türkiyə klubu bundan sonra futbolçulara maksimum 2 milyon avro illik məvacib ödəyəcək.

Heç bir oyunçu bu məbləğin üzərində pul əldə edə bilməyəcək. Əvvəllər Türkiyə nəhəngləri heyətinə cəlb etdiyi ulduz futbolçulara 3-5 milyon avroluq maaş təyin edib. Yenicə Radamel Falkao ilə yollarını ayıran "Qalatasaray" isə digər yüksək ödənişlilərə də şərt kəsib. Onlar ya maaşın azaldılmasına razılıq verəcək, ya da yola salınacaq.

"Qalatasaray" rəhbərliyi bu addımı həm yeni transferlərə yer açmaq, həm də maliyyə feyr-pley qaydalarına əməl etmək üçün adıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.