İdman

Qvardiola daha bir həmyerlisinə elçi düşdü

30 Oktyabr 2021 10:40
0 Şərh     Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Leypsiq"in yarımmüdafiəçisi Dani Olmo ilə maraqlanan klubların sayı gündən-günə artır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 23 yaşlı futbolçu üçün daha bir təklif alıb.

Bu dəfə "Mançester Siti" İspaniya millisinin üzvünə "elçi düşüb". "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola "Barselona"nın yetirməsi olan Olmonu çox bəyənir və onu sərəncamında görmək niyyətindədir. "Leypsiq" də oyunçusunu mövsümün sonunda satacaq. Ancaq futbolçu özü "Barselona"ya qayıtmaq arzusundadır.

Qeyd edək ki, Dani Olmo cari mövsüm 3 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.