İdman

PSJ-dən əzmkar qələbə - VİDEO

30 Oktyabr 2021 14:04
0 Şərh     Baxış: 1 103
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Liqa 1-də XII turun açılış oyunu PSJ və "Lill" komandaları arasında keçirilib.

Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hesabı 31-ci dəqiqədə qonaq komandadan Conatan Devid açıb. O, türkiyəli hücumçu Burak Yılmazın ötürməsini qola çevirib.

Fasilədən sonra PSJ argentinalı yarımmüdafiəçi Anxel Di Mariyanın sayəsində dönüş etməyi bacarıb. 78-ci dəqiqədə Markinyosun fərqlənməsinə şərait yaradan Di Mariya 88-ci dəqiqədə Neymarın ötürməsindən sonra qələbə topunu vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.