İdman

Avropanın ən yaxşı klubları - Azərbaycan yenə kənarda

29 Oktyabr 2021 11:40
0 Şərh     Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropanın UEFA-ya üzv olan ən yaxşı 31 ölkə çempionatında çıxış edən klubların futbol akademiyaları araşdırılıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, CİES futbol observatoriyasının araşdırmasına əsasən, 2021-ci ildə ən çox futbolçu yetişdirən klubların adları açıqlanıb.

Siyahıya "Ayaks" başçılıq edir. Niderland təmsilçisinin 81 yetirməsi hazırda həmin 31 ölkənin yüksək liqasında mübarizə aparır. Azərbaycandan isə heç bir klub bu baxımdan "100-lüy"ə düşməyib. Maraqlıdır ki, "böyük beşlik" ölkələrindən ilk "10-luğ"a cəmi 2 klub düşüb. Bunlar İspaniya təmsilçiləri "Real" və "Barselona"dır.

İlk "10-luq" aşağıdakı kimidir:

1. "Ayaks"
Yetişdirilən oyunçu sayı: 81
CİES Məşq İndeksi: 102,3
Orta hesabla keçirilən oyun sayı: 27,3
Orta yaş: 26,3

2. "Şaxtyor" (Donetsk)
Yetişdirilən oyunçu sayı: 75
CİES Məşq İndeksi: 66,3
Orta hesabla keçirilən oyun sayı: 17,3
Orta yaş: 25,1

3. "Sportinq"
Yetişdirilən oyunçu sayı: 70
CİES Məşq İndeksi: 91,8
Orta hesabla keçirilən oyun sayı: 25,5
Orta yaş: 26,8

4. "Dinamo" (Kiyev)
Yetişdirilən oyunçu sayı: 70
CİES Məşq İndeksi: 59,2
Orta hesabla keçirilən oyun sayı: 19,5
Orta yaş: 25,6

5. "Dinamo" (Zaqreb)
Yetişdirilən oyunçu sayı: 70
CİES Məşq İndeksi: 77,9
Orta hesabla keçirilən oyun sayı: 24,7
Orta yaş: 25,1

6. "Partizan"
Yetişdirilən oyunçu sayı: 69
CİES Məşq İndeksi: 65,5
Orta hesabla keçirilən oyun sayı: 22,7
Orta yaş: 25,4

7. "Real"
Yetişdirilən oyunçu sayı: 62
CİES Məşq İndeksi: 81,4
Orta hesabla keçirilən oyun sayı: 25,0
Orta yaş: 27,6

8. "Benfika"
Yetişdirilən oyunçu sayı: 60
CİES Məşq İndeksi: 76,4
Orta hesabla keçirilən oyun sayı: 23,4
Orta yaş: 24,9

9. "Sparta"
Yetişdirilən oyunçu sayı: 58
CİES Məşq İndeksi: 48,5
Orta hesabla keçirilən oyun sayı: 21,9
Orta yaş: 27,2

10. "Barselona"
Yetişdirilən oyunçu sayı: 57
CİES Məşq İndeksi: 75,6
Orta hesabla keçirilən oyun sayı: 23,8
Orta yaş: 26,7

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.