İdman

"Mançester Yunayted" uduzdu, "Mançester Siti"dən qələbə

16 Oktyabr 2021 21:21
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 8-ci turun oyunları davam edir. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" bu turda "Lester" ilə qarşılaşıb. "Qırmızı şeytanlar" 2:4 hesabı ilə uduzub. 

"Mançester Siti" isə "Bernli" ilə üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, "Mançester Siti" turnir cədvəlində 17 xalla 2-ci, "Mançester Yunayted" 14 xalla 5-ci, "Lester" 11 xalla 11-ci, "Bernli" isə 3 xalla 19-cudur. 

"Mançester Siti" - "Bernli" - 2:0

Qollar: Silva, 12, De Brüyne, 70

"Lester" - "Mançester Yunayted" - 4:2

Qollar: Telmans, 31, Söyüncü, 78, Vardi, 83, Daka, 90+1 - Qrinvud, 19, Reşford, 82

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.