İdman

Top şəhidin şəklinə dəydi, “Qəbələ”nin qapıçısı diqqət mərkəzinə düşdü - VİDEO

4 Oktyabr 2021 20:30
0 Şərh     Baxış: 2 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasının VI turunun "Qarabağ" - "Qəbələ" görüşündə duyğusal an yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, matçın gedişində "Qarabağ" komandasının futbolçularından birinin vurduğu zərbə vaxtı ilə "İmarət" azarkeş qrupunun fəal üzvü olmuş, şəhid Məhəmmədəli İbrahimlinin tribunadan asılmış bannerinə dəyib.

Həmin vaxt "Qəbələ"nin qapıçısı Nicat Mehbalıyev topun dəydiyi hissəni əlcəyi ilə təmizləməklə diqqət çəkib. Oyundan sonra "Qarabağ"ın "İmarət" azarkeş qrupunun üzvləri rəqib qapıçını yanına çağırmaqla onu alqışlayıb.

Qeyd edək ki, kəşfiyyatçı əsgər olan Məhəmmədəli İbrahimli ötən ilin oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. 13 oktyabrda Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.