İdman

Gimnastlarımız İzmirdən 2 qızıl, 2 gümüş medalla qayıdır - FOTO

4 Oktyabr 2021 15:34
Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Akrobatlamızın sevincli medal xəbərləri batutçularımızla da davam etdi. Gimnastlarımız Türkiyədə keçirilən yarışda uğurla iştirak ediblər.

Azərbaycan Gimnastika federasiyasından bildirilib ki, 1-3 oktyabr tarixlərində İzmir şəhərində təşkil edilmiş Türkiyə Çempionatında Selcan Mahsudova, Maqsud Mahsudov, Hüseyn Abbasov, Mehdi Əliyev, İbrahim Mustafazadə və Ammar Baxşaliyev iştirak edib.

Böyüklər arasında çıxış edən Selcan qüsursuz çıxış nümayiş etdirərək, 1-ci olub. 13-14 yaşlı gimnastlar arasında çıxış edən Mahsud Maqsudov da birinciliyi əldən verməyərək, fəxri kürsünün ilk pilləsində yer alıb. Onunla eyni yaş qrupunda çıxış edən Mehdi Əliyev finalda 7-ci olub.

Maqsud, Mehdi və Hüseyn 13-14 yaşlı gimnastlar arasında komanda hesabında gümüş medal qazanıblar.

Daha bir medalı isə 10-12 yaşlı gimnastlar yarışan Ammar qazanıb. Gimnastımız bu yarışda 2-ci yerdə qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.