İdman

Messini buna kim məcbur edib?

29 Sentyabr 2021 19:18
0 Şərh     Baxış: 1 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Mançester Siti" ilə matçda PSJ-nin hücumçusu Lionel Messinin canlı səddin arxasında uzanması bütün dünyanın gündəmini zəbt edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bir çox futbol mütəxəssisi argentinalının son dəqiqələrdəki bu addımını ona qarşı hörmətsizlik kimi qələmə verib.

Lakin 34 yaşlı superulduzun son dəqiqələrdə rəqibin cərimə zərbəsi zamanı özünün bu təşəbbüslə çıxış etdiyi üzə çıxıb. Adətən PSJ-də bu işi Marko Verratti icra edir. Lakin həmin vaxt italiyalı meydanda olmadığından Messi kapitan Markinyoşa özünün bu funksiyanı icra edəcəyini deyib və yerə uzanıb.

Bundan bir neçə dəqiqə sonra isə digər hücumçu Kilian Mbappe eyni hərəkəti yerinə yetirib. Hər iki epiziodda Riyad Mahrez cərimə zərbəsindən fərqlənə bilməyib.

Qeyd edək ki, Messinin PSJ forması altında ilk qolunu vurduğu görüşdə fransızlar 2:0 hesablı qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.