İdman

"Qəbələ"dən 6-cı “qol yağışı”

19 Sentyabr 2021 20:29
0 Şərh     Baxış: 1 060
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasının 4-cü turunda "Səbail"i qəbul edən "Qəbələ" 5:0 hesabı ilə qalib gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, cari mövsümün startında ən böyükhesablı qələbədir. "Qırmızı-qaralar" isə tarixində 6-cı dəfə Premyer Liqa görüşündə beş top və ya daha böyük fərqlə qalib gəlib.

Sonuncu belə "qol yağışı" 2019/20 mövsümünə təsadüf edib. 560 gün əvvəl "Qəbələ" "Sumqayıt"la ev qarşılaşmasında 5 cavabsız qol vurub.

Ümumiyyətlə, ən azı 5 top fərqinin qeydə alındığı 6 qələbədən üçü evdə, üçü səfərdə gerçəkləşib.

"Qəbələ"nin Premyer Liqada 5 və ya daha çox top fərqilə qalib gəldiyi matçlar:

11.11.2007. Premyer Liqa. "Gənclərbirliyi" (Sumqayıt) - "Qəbələ" - 0:6

04.10.2015. Premyer Liqa. "Qəbələ" - "Xəzər Lənkəran" - 6:0

10.09.2016. Premyer Liqa. "Neftçi" (Bakı) - "Qəbələ" - 0:8

25.11.2017. Premyer Liqa. "Kəpəz" (Gəncə) - "Qəbələ "- 1:6

07.03.2020. Premyer Liqa. "Qəbələ" - "Sumqayıt" - 5:0

18.09.2021. Premyer Liqa. "Qəbələ" - "Səbail" - 5:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.