İdman

Nuriyevin komandasından səfər qələbəsi

18 Sentyabr 2021 19:56
1 Şərh     Baxış: 2 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi "Kolos" səfərdə "İnhulets"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:0.

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 90+3-cü dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, "Kolos" 8 turdan sonra 8 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.