İdman

Almaniya yığmasının sabiq futbolçusu həbs edilə bilər

9 Sentyabr 2021 10:12
0 Şərh     Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "Lion" klubunun futbolçusu Jerom Boatenq 5 il müddətinə həbs oluna bilər.

Milli.Az report-a istinadən bildirir ki, 33 yaşlı müdafiəçi bu gün Münhen şəhərində məhkəmə qarşısına çıxacaq.

Boatenq 2018-ci ildə keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunur. Futbolçunun həmin qadını döydüyü iddia edilir.

Məhkəmə iclası ötən ilin dekabrında keçirilməli idi, lakin şahidlərdən birinin koronavirusa yoluxması ucbatından təxirə salınıb.

Qeyd edək ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Boatenq 2020/2021 mövsümünün sonunda klubdan ayrılıb. O, 2009 - 2019-cu illərdə Almaniya yığmasının formasını geyinib və 2014-cü ildə dünya çempionu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.