İdman

Ronaldo karantində qalacaq

4 Sentyabr 2021 19:00
0 Şərh     Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliya millisinin üzvü və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo beş gün karantində qalacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mtbuat məlumat yayıb. "Qırmızı şeytanlar" millinin düşərgəsindən ayrılıb, Mançesterə gələn 36 yaşlı hücumçu üçün yerli hökumətə karantinin ləğv edilməsi ilə bağlı müraciət etsə də, müsbət cavab almayıb.

Portuqaliyalı hücumçu koronavirus testi mənfi çıxdıqdan beş gün sonra komanda ilə məşqlərə başlaya biləcək.
 
Qeyd edək ki, Ronaldo millinin heyətində İrlandiyaya qarşı görüşdə (2:1) sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə, sentyabrın 7-də Azərbaycan yığması ilə oyun üçün Bakıya gəlməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.