İdman

Gənc boksçu aldığı zərbələrdən dünyasını dəyişdi

3 Sentyabr 2021 17:18
0 Şərh     Baxış: 2 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın Monreal şəhərində keçirilən boks turnirində bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadla bildirir ki, Meksikalı qadın boksçu Janett Zakarias Sapata yerli Mari Pyer Ulla görüşdə aldığı ağır zərbədən sonra dünyasını dəyişib.

19 yaşlı idmançı avqustun 28-də baş tutan döyüşün 4-cü raundunda nokauta düşüb. Bir neçə saniyədən sonra halı pisləşən Sapata huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan gənc boksçu 5 gün koma vəziyyətində qaldıqdan sonra vəfat edib.

Qeyd edək ki, karyerası ərzində 5 döyüş keçirən Janett Zakarias Sapata bunların 2-də qələbə qazanıb. O, son iki qarşılaşmada isə nokautla uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.