İdman

"Qarabağ"ın rəqibindən 3 transfer

31 Avqust 2021 21:07
0 Şərh     Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bazel" heyətini yeni oyunçularla  gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İsveçrə klubunun rəsmi saytı məlumat yayıb.

"Sportinq"in yarımmüdafiəçisi Jelson Fernandeş "Bazel"də icarə əsasında çıxış edəcək. 18 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Portuqaliyanın digər klubu "Benfika"nın müdafiəçisi Tomas Tavareş də heyətə cəlb edilib. Onunla 1 illik müqavilə imzalanıb. 

Bundan başqa, Fransanın "Nitsa" klubunun futbolçusu Dan Ndoye də Bazel şəhərinin eyniadlı təmsilçisində çıxış edəcək. İsveçrə millisinin üzvü olan 20 yaşlı hücumçu da 1 illik icarəyə götürülb.

Qeyd edək ki, "Bazel"lə "Qarabağ"ın ilk görüşü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.