İdman

Gimnastikada hicaba icazə veriləcək

23 Avqust 2021 14:37
Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Gimnastika Federasiyası (FİG) qadın idmançılara baş geyimi ilə çıxış etməyə icazə verəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsi belə yenilik barədə qərarla razılaşıb.

Bu, o halda mümkün olacaq ki, geyim bütün təhlükəsizlik qaydalarına cavab versin: "Bunun üçün geyim başa sıx oturmalıdır. İdmançının üzü tamam açıq qalmalıdır. Çıxış zamanı gimnast üçün təhlükə yaratmamalıdır. Həmçinin baş geyimi idman forması ilə eyni rəngdə olmalıdır".

Söhbət ilk növbədə müsəlman ölkələrdə istifadə olunan hicabdan gedir. Qaydalara dəyişikliklər İcraiyyə Komitəsinin növbəti yığıncağında təsdiqlənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.