İdman

Konfrans Liqası: “Tottenhem” də uduzdu, Türkiyə klubları da

20 Avqust 2021 07:19
0 Şərh     Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki,  Azərbaycanın turnirdəki təmsilçiləri "Qarabağ" və "Neftçi" də ilk oyunlarına bu gün çıxıb.

"Qarabağ" Şotlandiyanın "Aberdin", "Neftçi" isə İsrailinin "Makkabi" (Hayfa) komandasını qəbul edib. Hər iki matç Bakıda keçirilib. "Qarabağ" meydanı qələbə, "Neftçi" heç-heçə ilə tərk edib.

Türkiyənin "Trabzonspor" klubu bu mərhələdə İtaliya "Roma"sı ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç "canavarlar"ın qələbəsiylə yekunlaşıb. Qonşu ölkənin digər təmsilçisi "Sivasspor"un rəqibi isə Danimarkanın "Kopenhagen" komandası olub. Bu oyun da Türkiyə təmsilçisinin məğlubiyyəti ilə bitib.

İngiltərənin "Tottenhem" komandası Portuqaliya "Pasuş de Fereryra"sını sınağa çəkib. London klubu da minimal hesabla uduzub.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
19 avqust

Şaxtyor (Qazaxıstan) - Makkabi (Təl-Əviv, İsrail) 1:2

Rakuv (Polşa) - Gent (Belçika) 1:0

KuPS (Finlandiya) - Union Berlin (Almaniya) 0:4

Qarabağ (Azərbaycan) - Aberdin (Şotlandiya) 1:0

Flora (Estoniya) - Şemrok Rovers (İrlandiya) 4:2

LASK (Avstriya) - Sent-Conston (Şotlandiya) 1:1

Hapoel (Beer-Şeva) - Anortosis (Kipr) 0:0

Viktoriya (Çexiya) - ÇSKA (Sofiya, Bolqarıstan) 2:0

Riqa (Latviya) - Linkoln (Cəbəllütariq) 1:1

Neftçi (Azərbaycan) - Makkabi (Hayfa, İsrail) 3:3

Jalgiris (Litva) - Bodo Qlimt (Norveç) 2:2

Fola (Lüksemburq) - Kayrat (Qazaxıstan) 1:4

Trabzonspor (Türkiyə) - Roma (İtaliya) 1:2

Bazel (İsveçrə) - Hammarbü (İsveç) 3:1

Yablonets (Çexiya) - Jilina (Slovakiya) 5:1

Sivasspor (Türkiyə) - Kopenhagen (Danimarka) 1:2

PAOK (Yunanıstan) - Riyeka (Xorvatiya) 1:1

Feyenoord (Niderland) - Elfsborq (İsveç) 5:0

Anderlext (Belçika) - Vitess (Niderland) 3:3

Renn (Fransa) - Rusenborq (Norveç) 2:0

Pasuş de Ferreyra (Portuqaliya) - Tottenhem (İngiltərə) 1:0

Santa Klara (Portuqaliya) - Partizan (Serbiya) 2:1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.