İdman

Çempionlar Liqasında ən yaxşı adına namizədlər açıqlandı

13 Avqust 2021 15:40
0 Şərh     Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasında ötən mövsümün mövqelər üzrə ən yaxşısı adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA hər mövqedə üç futbolçunu müəyyənləşdirib.

Dünya futbolunun iki ən böyük əfsanəsi Lionel Messi və Kriştiano Ronaldo bu dəfə siyahıdan kənar qalıb.

Qapıçılar: Tibo Kurtua (Real), Ederson (Mançester Siti), Eduard Mendi (Çelsi)

Müdafiəçilər: Sesar Aspilikueta (Çelsi), Ruben Diaş (Mançester Siti), Antonio Rudiger (Çelsi)

Yarımmüdafiəçilər: Kevin de Breyne (Mançester Siti), Jorjinyo (Çelsi), Nqolo Kante (Çelsi)

Hücumçular: Erlinq Haland (Borussiya D), Robert Levandovski (Bavariya), Killian Mbappe (PSJ)

Qeyd edək ki, ən yaxşıların adı avqustun 26-da qrup mərhələsinin püşkatmasında açıqlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.