İdman

Mahiri tənqid etdi: "Emrelidə qərarlılıq və istək yox idi"

11 Avqust 2021 18:12
0 Şərh     Baxış: 1 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın "Legiya" komandasının sabiq futbolçusu Yakub Vavjinyak Varşava təmsilçisinin Çempionlar Liqasının 3-cü mərhələsində "Dinamo"ya (Zaqreb, Xorvatiya) qarşı keçirdiyi cavab oyununu şərh edərkən azərbaycanlı hücumçu Mahir Emrelinin çıxışı haqda da fikirlərini bölüşüb.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, keçmiş müdafiəçi Mahirdə qərarlılıq və istəyin az olduğunu deyib:
 
"Legiya" bu matçda son zərbələrdə uğursuz oldu. İkinci hissədə Mahir Emrelinin yaxşı imkanı oldu. Məncə, Emrelidə qərarlılıq və istək yox idi. Topa getməli, qapıya vurmalı idi. Matçda Rafa Lopeslə Emreli birlikdə hücumda oynadı. Mənə görə, onlar Tomaş Pexart və Ernest Muçi ilə müqayisədə daha zəifdirlər. Zaqrebdəki ilk matçda da Muçi meydana sonradan daxil oldu və qol vurdu. Lopes "Dinamo" ilə matçda meydanda özünə yer axtarırdı və Emreli onunla necə oynayacağını bilmirdi. Belə güclü rəqiblərə qarşı fərqlənməyi bacaran oyunçulara ehtiyac var".
 
Xatırladaq ki, Mahir Emreli "Legiya"nın "Dinamo"ya məğlub olduğu matçda (0:1) start heyətdə yer alıb və 56 dəqiqədə Tomaş Pexartla əvəzlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.