İdman

Messi brifinqə ağlayaraq başladı - Təəssüf ki, belə oldu

8 Avqust 2021 14:43
1 Şərh     Baxış: 2 564
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əfsanəvi futbolçu Lionel Messi "Camp Nou"da mətbuat konfransı keçirir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Barselona" ilə müqaviləsi başa çatan futbolçu brifinqdə göz yaşlarını saxlaya bilməyib.

"Uzun illərdir - 13 yaşımdan bəri buradayam. 21 ildən sonra ayrılacağam. Hər şeyə, komanda yoldaşlarıma və bir çox insana minnətdaram. Gəldiyim gündən bu klub üçün hər şeyi etdim.

Bu şəkildə vidalaşmağı heç ağlıma belə gətirməzdim. Və azarkeşlərlə vidalaşmadan... Bir il yarım azarkeşləri görmədim, indi isə klubdan ayrılıram.

Təəssüf ki, belə oldu. Azarkeşlərin sevgisinə görə minnətdaram", - o duyğularını dilə gətirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.