İdman

Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib

3 Avqust 2021 17:52
Baxış: 1 230
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) soyadını dəyişib.

Milli.Az reporta istinadən xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı idmançı hazırda müvafiq sənədləşmə işlərini görür: "Kindzerska bir neçə ildir ki, Azərbaycan millisini təmsil edir. Onun yeni soyadı Əliyevadır. Bildiyiniz kimi, onun həyat yoldaşı azərbaycanlıdır. Onun yoldaşının valideynləri Bakının Nizami rayonunda yaşayır. Kindzerska hazırda müvafiq sənədləşmə işlərini görür. Onu artıq İrina Əliyeva kimi çağıra bilərik".

Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana yeganə bürünc medalı qazandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.