İdman

Olimpiadadan uzaqlaşdırılan atlet ölkəsinə qayıtmaqdan imtina edib - FOTO

2 Avqust 2021 10:22
0 Şərh     Baxış: 1 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarusun yüngül atletika üzrə milli komandasının üzvü Kristina Timanovskaya ölkəsinə qayıtmaqdan imtina edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  TASS xəbər verir ki, o, Avstriya hökumətindən sığınacaq istəmək qərarına gəlib.

İdmançının 100 və 200 metrə qaçıs yarışlarında iştirakı planlaşdırılıb. Lakin onun iki komanda yoldaşının dopinq testlərinin çatışmazlığı səbəbindən 4x400 estafet yarışından kənarlaşdırılmasından sonra yığmanın məşqçilər korpusu Timanovskayanın məhz bu distansiyada iştirakı barədə qərar verib.

Atlet qərara sərt şəkildə etiraz edərək, onu sosial şəbəkələrdə tənqid edib. Məşqçilər idmançının mənəvi-psixoloji durumunu nəzərə alaraq, onu yarışlardan uzaqlaşdırıb və evə qayıtmasını tövsiyə ediblər. Lakin Timanovskaya Belarusa qayıtmaqdan imtina edərək, Tokio hava limanında qaçqınların işi üzrə vəkillə görüşərək, müvəqqəti olaraq Yaponiyada qalmağa üstünlük verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.