İdman

Olimpiadada məğlub olan boksçumuz: “Hakimlərin haqsızlığı oldu”

31 İyul 2021 12:56
1 Şərh     Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Olimpiadada məğlub olan boksçumuz: "Hakimlərin haqsızlığı oldu""Qələbə gözləyirdim. Mənə elə gəlir ki, burada hakimlərin haqsızlığı oldu".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarının 1/8 finalında məğlub olan Azərbaycan boksçusu Cavid Çələbiyev deyib.

Dünya çempionumuz ermənistanlı Ovanes Baçkovla döyüşünü şərh edərək, məğlubiyyətinə hakim haqsızlığının səbəb olduğunu bildirib:

"Birinci raundu qazanmışdım. İkinci hissəni də aktivimə yazmışdım. Ancaq hakimlərin haqsızlığı oldu. Olimpiya Oyunlarında həmişə belə hal yaşanır. Yenə də haqsızlıqla qarşılaşdıq. Mən birinci və ikinci raundu təmiz aparmışdım. Sadəcə yekunda qələbəni qarşı tərəfə verdilər. Bu hakimlərin bir daha haqsızlığından irəli gəlir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.