İdman

Əslən İrandan olan cüdoçu Olimpiadada qazandığı medalı İsrailə həsr etdi

29 İyul 2021 20:00
Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslən İrandan olan cüdoçu Səid Molai Yaponiyada keçirilən Olimpiya Oyunlarında Monqolustana gümüş medal qazandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən S. Molai qələbəsini şərh edərkən olimpiya oyunlarındakı uğuruna görə İsrailə minnətdarlığını bildirib və qələbəsini bu ölkəyə həsr etdiyini açıqlayıb.

"Motivasiyaya görə İsrailə təşəkkür edirəm. Bu medalı İsrailə həsr edirəm. Ümid edirəm ki, israillilər mənim bu qələbəmdən məmnundurlar. Toda! (İvrit dilində "təşəkkür" deməkdir - red.)", - deyə Olimpiadanın gümüş medalını qazanan S.Molai söyləyib.

İran əsilli cüdoçunun öz ölkəsinin bayrağı altında çıxışdan imtinasının maraqlı hekayəsi var.

Belə ki, 2019-cu ildə keçirilən cüdo üzrə dünya çempionatında Səid Molai yarımfinala qədər irəliləyib.

Yarımfinalda S.Molai İsrailli cüdoçu Saqi Muki ilə güləşməyə hazırlaşırkən məşqçisi ona İsrailli idmançı ilə görüşdən imtina etməyi əmr edib.

Bu məsələdən narazı qalan idmançı İran millisində çıxışdan imtina edərək karyerasını Monqolustan bayrağı altında davam etdirir.

Qeyd edək ki, Səid Molai İranın Urmiyə şəhərində anadan olub və etnik olaraq Azərbaycan türküdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.