Millimizin oyunçusu Mahir Emrelinin də çıxış etdiyi "Legiya" (Polşa, Varşava) Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Flora" ilə Estoniyada cavab oyunu keçirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyunçumuz bu matça əsas heyətdə çıxıb. Lakin 24 yaşlı hücumçu 70-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.
Varşava təmsilçisi görüşdə 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda da rəqibini 2:1 hesabı ilə məğlub edən "Legiya" növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, "Legiya" 3-cü təsnifat mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) ilə qarşılaşacaq.
20:00. "Flora" - "Legiya" - 0:1
Qol: Rafael Lopes, 67
Milli.Az