İdman

Millimizin oyununa 50 faiz tamaşaçı buraxılacaq

26 İyul 2021 14:26
Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2022-nin seçmə mərhələsində sentyabrda iki ev oyunu keçirəcək İrlandiya millisinin matçlarına tamaşaçı buraxılacaq.

Milli.Az apasport.az saytına istinadən xəbər verir ki, yerli hökumət koronavirus pandemiyası ilə əlaqədar tribunalara məhdud sayda azarkeş buraxılmasına icazə verib.

A qrupunda sentyabrın 4-də Azərbaycan, 7-də isə Serbiyanı qəbul edəcək Stefen Kenninin komandasını dəstəkləmək üçün Dublindəki "Aviva" stadionuna 50 faiz tamaşaçı buraxılacaq. Komandanın ev oyunlarını keçirdiyi adıçəkilən arena 51 min 700 tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, İrlandiya yığması ev görüşlərindən əvvəl sentyabrin 1-də Portuqaliyanın qonağı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.