İdman

Şəhriyar Kasparova qarşı

10 İyul 2021 10:09
0 Şərh     Baxış: 1 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün "Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour"un blits turniri start götürəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparacaq.

Belə ki, şahmatçımız startda fransalı Maksim Vaşye-Laqrav ilə görüşəcək. Sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov, ukraynalı Anton Korobov, daha bir keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək təmsilçimiz günün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticəyə görə, Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.