İdman

Makqreqor Piaryeyə səs göndərdi: Axmaq kəndçi!

8 İyul 2021 00:53
0 Şərh     Baxış: 2 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyalı UFC döyüşçüsü Konor Maqkreqor amerikalı rəqibi Dastin Piaryeyə ünvanlanan səsli mesaj paylaşıb.

Milli.Az xəbər verir ki, səs yazısı Tvitterdə yerləşdirilib.

"Dastin, "yaşıl noxud", sənin üçün gəlirəm. Axmaq kəndçi", - deyə Makqreqor deyib.

UFC-nin Yutub kanalı irlandiyalı Konor Makqreqor və amerikalı Dastin Piarye arasında baş tutacaq döyüş üçün promo videosunu da təqdim edib.

İyulun 11-də tanınmış döyüşçülər üçüncü dəfə qarşılaşacaqlar. İdmançılar artıq iki dəfə - 2014-cü və 2021-ci ilin əvvəlində görüşüblər. 2014-cü ildə baş tutan ilk döyüşdə amerikalı idmançı texniki nokautla məğlub olub. İkinci görüş bu ilin yanvarında keçirildi və görüşdə Piarye ikinci raundda Makqreqoru nokauta saldı. Bu, irlandiyalı idmançının karyerasında ilk nokautla məğlubiyyəti idi.

Qeyd edək ki, Makqreqor qarışıq döyüş sənətindəki peşəkar karyerasında 22 qələbə və beş məğlubiyyət, Piarye isə altı məğlubiyyətə qarşı 27 qələbə qazanıb. Rəqiblər eyni yaşda - 32 yaşındadırlar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.