İdman

Danimarkalı Qutman ailəsi: Bakını gözəl şəhər kimi xatırlayacağıq - FOTO

3 İyul 2021 22:33
0 Şərh     Baxış: 1 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakını çox sevdik. Bu gözəl şəhərdə olmaqdan çox məmnunuq. Şəhər çox rəngarəngdir, bir tərəfdən tarixi binalar, digər tərəfdən müasir göydələnlər burada maraqlı mənzərə yaradır. İnsanlar da çox mehribandırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu "Avro-2020"nin dörddəbir final mərhələsində Bakıda Çexiya millisi ilə qarşılaşacaq Danimarka yığma komandasına azarkeşlik etmək üçün ailəsi ilə birlikdə ölkəmizə gəlmiş Tim Qutman deyib.

Danimarka millisinin çempionatda inamlı oyun nümayiş etdirdiyini vurğulayan T.Qutman bildirib: "Komandamız çempionata uğursuz başlasa da, sonrakı oyunlarda daha inamlı təsir bağışlaya bildi. Nəticədə biz bu gün Bakıda yarımfinala çıxmaq uğrunda qarşılaşma izləyəcəyik. Ancaq qarşıda ciddi rəqiblər var və Danimarka komandasının ciddi uğur qazanacağını demək çox çətindir".

Onun həyat yoldaşı Dora Qutman isə Bakıda xüsusilə şəhərin gözəlliyinə və insanların mehribanlığına valeh olduğunu vurğulayaraq deyib: "Bakı çox maraqlı, cəlbedici şəhərdir. İnsanlar son dərəcə mehriban, qonaqpərvərdirlər. Milli mətbəxiniz də çox rəngarəng və ləzizdir. Bakını çox sevdik. Həyat yoldaşım, qızım və mən burada olmaqdan çox şadıq. Ölkəmizə qayıtdıqdan sonra Bakını gözəl şəhər, əhalisini isə mehriban insanlar kimi xatırlayacağıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory