İdman

Mourinyo türk ulduzu "Roma"da istəyir

1 İyul 2021 13:24
0 Şərh     Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu Uğurcan Çakırın satışına razılıq verəndən sonra, "Roma" hərəkətə keçib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "Roma" portuqaliyalı qapıçı Rui Patrisio ilə razılığa gələ bilməyib, əvəzində isə Türkiyə millisi və "Trabzonspor"un üzvü Uğurcan Çakır üçün hərəkətə keçib.

Belə ki, Joze Mourinyo 25 yaşlı qolkiperi heyətində görmək istəyir. Yaxın günlərdə "canavarlar"ın Çakır üçün Superliqa təmsilçisinə rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Uğurcan Çakırla İngiltərənin "Tottenhem", "Vulverhempton", Fransanın "Monako" və İtaliyanın "İnter" klubları da yaxından maraqlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.