İdman

"Messinin "Barselona"da qaldığını demək istərdim"

1 İyul 2021 21:11
1 Şərh     Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın preizdenti Joan Laporta klubla müqaviləsi ötən gün başa çatan Lionel Messi ilə yeni sözləşmə imzalayıb-imzalamayacaqları haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib:

"Messinin klubda qaldığını söyləməyi çox istəyərdim. Hər şey lazım olduğu kimi gedir və hər kəsə uyğun bir həll tapmağa çalışırıq. Ancaq hər şey ədalətli olmalıdır. Qaldığını elan etmək istərdim, amma hələ edə bilmərəm. İşimizə davam edərik".

Qeyd edək ki, Messi hazırda azad agent statusu daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.