AVRO-2020-nin 1/8 final mərhələsinin oyununda vurulan qollar futbol üzrə Avropa Çempionatlarının tarixinə rekord məhsuldar nəticə kimi düşüb.
Milli.Az big.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, Xorvatiya yığmasının futbolçusu Mislav Orşiçin 1/8 final mərhələsində İspaniyanın qapısına endirdiyi dəqiq zərbə turnirdə 109-cu qolu olub.
Beləliklə, AVRO-2016-dakı 108 qolluq rekord yenilənib.
Qeyd edək ki, AVRO-2020-nin final oyunu iyulun 11-də Londonda yerləşən Uembli stadionunda baş tutacaq.
Milli.Az