İdman

“Arxamca danışırlar ki, ədalətsizdir...” - Qurban Qurbanov

28 İyun 2021 12:27
Baxış: 1 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ədalətli olan insanlar problemli olurlar. Həmişə işimdə ədalətli olmağa çalışmışam".

Milli.Az xəbər verir ki, bunu lent.az saytına müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı heyət seçimi zamanı həmişə ədalətli qərar verməyə çalışdığını, ancaq heç də hamının bundan razı qalmadığını etiraf edib: "Hamı məni ədalətli saymır. Futbolda elə bir pis vərdişlər var ki, meydana 11 nəfər çıxır və oyunçular nə qədər çox istəsələr də, arxamca danışırlar ki, məni oynatmadı, filankəsdən güclüyəm, ədalətsizdir. Bizim bilmədən ədalətsiz vaxtlarımız olur. Bəlkə mən bunu ədalətli görürəm, amma daha çox müzakirə olunsa, kənardakıların fikirlərini də nəzərə alsam, ədalətsiz qərar vermiş olaram. Özümdən və işimdən hər vaxt razı olmamışam. Dəfələrlə qalib gəldiyimiz matçlarda, çempion olduğumuz dönəmdə özümdən də, futbolçularımdan da narazı qalmışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.