İdman

Ramos açıqladı: PSJ-yə keçir

23 İyun 2021 16:00
Baxış: 955
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Real Madrid" klubundan ayrılan Serxio Ramos karyerasını Fransada davam etdirəcək.

Milli.Az xəbər verir ki, 35 yaşlı müdafiəçi Madrid təmsilçisindən ayrılmazdan əvvəl komandanın üç futbolçusuna PSJ-də oynayacağını deyib.

Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"in formasını geyinmiş Serxio Ramos bu komandanın heyətində 5 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 4 dəfə İspaniya Super Kuboku və 1 dəfə klublararası dünya çempionluğu qazanıb. Həmçinin o, hərəyə 2 dəfə İspaniya Kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.

Ramosla PSJ-dən əlavə, İngiltərənin "Mançester Yunayted". "Çelsi" və İtaliyanın "Milan" klubları maraqlanıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.