Şenol Günəş: "Düşündüyümüzün tam əksi oldu"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Üzgünük. Bu turnirin uzun müddətdir gözləyirdik".
Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO-2020-nin qrup mərhələsinin son turunda Bakı Olimpiya Stadionunda İsveçrə ilə keçirilən oyundan sonra deyib.
A qrupunda yer alan "ay-ulduzlular" İtaliya və Uelsin ardından İsveçrəyə də məğlub olaraq (1:3) turnirdəki çıxışını xalsız başa vurub.
Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında Günəş uğursuz çıxışı belə əsaslandırıb: "Özümüzü göstərmək, yaxşı nəticə gözləyirdik. Qrupdan çıxmaq bizim üçün hədəf idi. Pis başladıq. Bu gün daha yaxşı başladıq. Amma qollar buraxdıq. Azarkeşlərimiz bizdən çox şey gözləyirdi. Amma bunu doğrulda bilmədik. Uelsə qarşı oyunla müqayisədə bu gün daha yaxşı idik".
Mütəxəssis daha yaxşı nəticəyə ümidli olduğunu bildirib: "Düşündüyümüzün tam əksi oldu. Bu gün toparlanmalı idik. Amma qol vura bilmədik. Qarşılaşmada uduzan biz olduq. İsveçrənin də istedadlı oyunçuları var. Qalib gələ bilərdik. Həm Uelslə, həm İsveçrə ilə görüş İtaliya ilə matçın kölgəsində qaldı. Futbolçular da üzgündür. 1/8 finala çıxmalı idik. Lakin bacarmadıq. Bu turniri belə keçirmək məyusedicidir".
Günəş uğursuzluğa səbəb göstərməkdə çətinlik çəkib: "1:2-dən sonra hücumlar gözləyirdik. Amma qol buraxdıq. Xal ala bilmədik. Komandamız gəncdir. Onlara güvənirəm, inanıram. Burda nə desək, düz olmaz. Təcrübə çatmadı. Futbolçulara təşəkkür edirəm. Onların gələcəyi parlaqdır. Daha yaxşı milli komandamız olacaq. Oynadığımız uğurlu matçlar arxada qaldı. Buraya gələndən sonra onların əhəmiyyəti yoxdur. Bundan dərs almalı, təcrübə qazanmalıyıq. Daha çox çalışmalıyıq. Komanda uğur qazana bilmədi, gözləntiləri doğrultmadı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
XƏBƏR LENTİ
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)





