İdman

Ən gənc və ən yaşlı komandalar bəlli oldu - AVRO-2020

3 İyun 2021 15:06
Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2020-nin ən gənc və ən yaşlı komandaları bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turnir üçün yekun iştirak ərizələrinə əsasən 24 komandanın orta yaş həddi müəyyənləşdirilib.

Avropanın 11 şəhərində, o cümlədən Bakıda baş tutacaq yarışın ən gənc komandası Türkiyə millisidir. "Ay-ulduzlular"ın orta yaşı 24,9-dur.

Növbəti iki yeri Böyük Britaniya təmsilçiləri tutur. İkinci sırada İngiltərə, üçüncü pillədə Uels qərarlaşıb.

Ən "qoca" yığma isə İsveçdir. Belçika ikinci, Slovakiya üçüncüdür.

Türkiyə - 24,9 İngiltərə - 25,2 Uels - 25,5 Ukrayna - 26,4 İspaniya - 26,5 İsveçrə - 27,0 Polşa - 27,1 Niderland - 27,2 Şotlandiya - 27,3 Çexiya - 27,4 Almaniya - 27,5 Şimali Makedoniya - 27,6 İtaliya - 27,7 Danimarka - 27,7 Avstriya - 27,8 Fransa - 27,8 Xorvatiya - 27,8 Portuqaliya - 27,9 Rusiya - 27,9 Macarıstan - 28,0 Finlandiya - 28,1 Slovakiya - 28,2 Belçika - 29,1 İsveç - 29,2

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.